Türkiyəli tanınmış müğənni Ziynet Sali sərt iş rejiminin bədənində yaratdığı təsirlərdən ilk dəfə danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qida vərdişlərindəki nizamsızlıqlardan migren tutmalarına qədər yaşadığı sağlamlıq problemlərini paylaşan Sali, "Bədənim artıq mənə "Yavaş ol" deyir" - sözləri ilə diqqət çəkib.
Sali sağlam həyat tərzi anlayışına zidd olaraq, tez-tez qəlyanaltı etməyi sevdiyini və nizamlı əsas yemək yemə vərdişinin olmadığını bildirib. O, səhər yeməyi yemədiyini və gün ərzində tez-tez qəhvə içdiyini də dilə gətirib.
Yanvar ayından bəri xəstəliklərlə mübarizə apardığını açıqlayan Sali migreninin şiddətləndiyini və bədəninin artıq bu sürətə reaksiya verdiyini qeyd edib. Açıqlamaları qısa müddətdə gündəm olub və fanatlarından dəstək mesajları alıb.