ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı müəyyən edilən gəmiyə hücum edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, "Bu hücumda 2 narkoterörist öldürülüb" - ifadəsi yer alıb. ABŞ ordusu Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmilərə qarşı hücumlarını davam etdirir.
ABŞ Cənub Komandanlığından (SOUTHCOM) verilən açıqlamada, "Cənub Bıçağı Əməliyyatı"nı aparan birgə əməliyyat gücünün SOUTHCOM Komandanı General Francis L. Donovanın əmri ilə "terror təşkilatı" olaraq müəyyən edilən bir qurum tərəfindən istifadə edilən bir gəmiyə hücum etdiyi bildirilib.
Əldə olunan kəşfiyyat məlumatlarının sözügedən gəminin Şərqi Sakit okeanda tanınmış bir qaçaqmalçılıq yolunda narkotik daşıdığını təsdiqlədiyi vurğulanıb. Açıqlamada, "Bu hücumda 2 kişi narkoterörist öldürülüb. Heç bir ABŞ personalı zərər görməyib" - ifadələrinə yer verilib.