Çinin Shenzhen şəhərində elektrikli avtomobil istehsalçısı "BYD"ə məxsus fabrikin qarajında yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın panikaya səbəb olub və göy üzünü sıx tüstü bürüyüb. Şirkət yanğının nəzarət altına alındığını, can itkisi olmadığını və hadisənin batareya ilə əlaqəli olmadığını açıqlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürənlər göndərilib.