Tramp Melonini sərt tənqid etdi

19:33 - 14 Aprel 2026

Tramp Melonini sərt tənqid etdi

ABŞ Prezidenti Donald Tramp İtaliya Baş naziri Ciorcia Melonini tənqid edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Tramp əvvəllər Meloninin cəsur olduğunu düşündüyünü, lakin sonradan yanıldığını bildirib.

    “İranın imkanı olsaydı İtaliyanı iki dəqiqə ərzində havaya uçurardı. Meloninin nefti götürmək üçün heç bir şey etməməsi insanlara xoş gəlir? İnanmıram xoşu gəlsin. Şokdayam. Düşünürdüm ki, o, cəsarətlidir. Yanılmışam”, - Tramp deyib.

    ABŞ Prezidentinin sözlərinə görə, Meloni artıq əvvəlki deyil və İtaliya da əvvəlki ölkə olmayacaq: “İmmiqrasiya İtaliyanı və bütün Avropanı öldürür. Meloni isə İtaliyanın neftini oradan (Hörmüz boğazı) təmin etməsinə və ABŞ-ın İtaliya üçün əhəmiyyət daşımasına baxmayaraq, ölkəsinin bu məsələlərə müdaxilə etmək istəmədiyini deyir. O düşünür ki, İtaliya bu işə qol qoymamalıdır, bu işi onun üçün ABŞ görməlidir”.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az