Müzakirələr fonunda ABŞ-dən YENİ HƏMLƏ

17:04 - 15 Aprel 2026

Müzakirələr fonunda ABŞ-dən YENİ HƏMLƏ

ABŞ-nin İranla aparılan danışıqlar davam edərkən Orta Şərqdəki hərbi mövcudluğunu minlərlə yeni əsgərlə gücləndirməyə hazırlaşdığı bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Orta Şərqdəki əsgər sayının 50 minə çatabiləcəyi qeyd edilib. Digər tərəfdən Ağ Ev İranın nüvə proqramından imtina etməməsi halında Vaşinqtonun geri çəkilməyəcəyini vurğulayıb.


Xəbərdə, USS George H.W. Bush aviadaşıyıcısı və ona müşayiət edən döyüş gəmilərində təxminən 6 min əsgərin bölgəyə yerləşdiyi bildirilib.


Həmçinin "Boxer Amfibi" hazırlıq qrupu və 11-ci Dəniz Piyadası Səfər Qrupundan təxminən 4 min 200 əsgərin də ayın sonuna qədər bölgəyə çatmasının gözlənildiyi qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az