İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, A. Əraqçi bu barədə özünün Teleqram kanalında məlumat yayıb.
"Telefon danışığında son regional və beynəlxalq hadisələr müzakirə olunub", - Əraqçi qeyd edib.
O bildirib ki, söhbət zamanı ABŞ ilə İran arasında İslamabadda baş tutan danışıqlara da toxunulub.