Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonundakı məktəbdə qandonduran hadisə baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qapıçı işləyən 70 yaşlı kişi iki qız şagirdə cinsi təcavüz etmək ittihamı ilə həbs edilib.
Çayırova rayonundakı bir məktəbin girişində mühafizəçinin iki üçüncü sinif şagirdi qıza təcavüz etdiyi iddia edilir. Hadisəni eşidən qızların ailələri polis bölməsinə gedərək şikayət ərizəsi veriblər.
Davam edən istintaqın bir hissəsi olaraq, məktəbin təhlükəsizlik kameraları nəzərdən keçirilib. Bundan sonra şübhəli polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Şübhəli polis bölməsində müayinə edildikdən sonra Gebze Ədliyyəsinə aparılıb və daha sonra məhkəmə tərəfindən həbs edilib.