Almaniya ordusunda yeni qadağa

17:11 - 16 Aprel 2026

Almaniya ordusunda yeni qadağa

Almaniya Müdafiə Nazirliyi son dövrlərdə artan Rusiya və Çin mənşəli casusluq fəaliyyətləri və silah alım layihələrinin sızdırılmasından sonra Müdafiə Nazirliyinin qərargahı (Bendlerblock) və Alman Silahlı Qüvvələrinin (Bundeswehr) inzibati bölmələrində şəxsi mobil telefon istifadəsini məhdudlaşdırıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Müdafiə Naziri Boris Pistorius artan casusluq fəaliyyətləri səbəbilə Müdafiə Nazirliyinin qərargahı və Silahlı Qüvvələrin inzibati bölmələrində təhlükəsizlik tədbirlərini gücləndirib.


Buna əsasən, Pistorius nazirlik qərargahı və Alman Silahlı Qüvvələrinin inzibati bölmələrində şəxsi mobil telefon istifadəsinə məhdudiyyətlər qoyub. Pistorius tərəfindən müvafiq bölmələrə göndərilən Təhlükəsizlik Təlimatında, "Gizli-Xidmət Xüsusi" və ya daha yüksək təhlükəsizlik dərəcəsinə malik mövzuların müzakirə edildiyi şəxsi və ya virtual görüşlərə mobil telefonlar, planşetlər və ağıllı saatlar kimi şəxsi cihazların gətirilməməsi tələb edilib. Bu qaydanın xüsusilə "təlim planlaması/əməliyyatlar" və Alman ordusunun əməliyyat hazırlığının müzakirə edildiyi görüşlərdə keçərli olduğu qeyd edilib. Təhlükəsizlik təlimatında, həmin kritik görüşlərdən əvvəl bütün şəxsi elektron cihazların dəhlizlərdəki dolablarda bağlanıb kilidlənməsinin tələb olunduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az