İranın şimal-şərqindəki Məşhəd hava limanı beynəlxalq uçuşları bərpa edəcək.
Manset.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Təyyarələrin enişi və uçuşu aprelin 20-də bərpa olunacaq. Daha əvvəl Tehran da daxil olmaqla, İranın altı hava limanında hava nəqliyyatının qismən bərpa olunduğu bildirilib.