Kahramanmaraşda atasına məxsus 5 silahla girdiyi məktəbdə 8 şagird və 1 müəllimi qətlə yetirən İsa Aras Mersinli ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni sinifdə təhsil alan Gülşenem İşlər hücum edən şəxsi təsvir edib. Mersinli ilə 4 ildir eyni sinifdə oxuduğunu bildirən Gülşenem İşlər, “Dərsdə bir şeyə kədərləndikdə qələmlə əlini, qolunu kəsərdi, sırası qanla dolardı. Hətta bizim sinifdən 2 dostu vardı, onlara "Sinifə, məktəbə silah ilə hücum edəcəyəm" kimi bir şeylər demişdi. Onlar da gülüb, zarafat etdiyini düşünüblər”, - deyə bildirib.
İsa Aras Mersinlinin həbs olunan polis başmüfəttişi atası Uğur Mersinliyə məxsus 5 silah və 7 şarjörlə həyata keçirdiyi hücumda 9 nəfəri öldürdüyü Ayser Çalık Orta Məktəbi şagirdlər, valideynlər və hadisəni eşidib gələn çox sayda insan tərəfindən ziyarət edilir. Məktəbi ziyarət edənlər güllər və ya qərənfillər qoyarkən bəziləri isə ya hücumu pisləyən, ya da həyatını itirənlər üçün yazdıqları emosional qeydləri məktəbin ətrafına buraxırlar.