İranda iqtisadi problemlərlə bağlı başlanmış və zamanla rejim əleyhinə aksiyalara çevrilən ötən aylardakı küçə etirazları zamanı Məşhəd şəhərində “zorakılıq əməllərində iştirak etmək” və “İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqə qurmaq” ittihamları ilə ölüm cəzasına məhkum edilən 3 nəfərin hökmü icra olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyası məhkəmə orqanlarının yaydığı yazılı açıqlamanı dərc edib.
Açıqlamada bildirilir: “Mehdi Rəsuli və Məhəmməd Rza Miri 2026-cı ilin yanvar ayında baş verən küçə iğtişaşları zamanı Məşhəddə Mossad ünsürləri kimi zorakılıq əməllərində iştirak etmiş və təhlükəsizlik əməkdaşı Həmid Rza Yusefi Nejadın qətlə yetirilməsində birbaşa rol oynamışlar”.