Türkiyədə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın məlumatlarına görə, Kütahyanın Simav rayonunda 3 bal gücündə zəlzələ baş verib. Hadisə saat 06:37-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 10,93 kilometr ölçülüb. Dağıntı və xəsarət barədə məlumat verilməyib.