ABŞ müdafiə naziri Pete Hegseth və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Caine İranla bağlı vəziyyətə dair mətbuat konfransı keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hegseth jurnalistlərin atəşkəslə bağlı suallarına cavab olaraq “Atəşkəs başa çatmayıb” - deyə bildirib.
Pete Hegseth Pentaqonda keçirdiyi brifinqdə ABŞ-ın gəmi keçidlərini İranın aqressiv hərəkətlərindən qoruduğunu qeyd edib. O, İranın Hörmüz boğazında gəmilərə təzyiq göstərdiyini iddia edərək “İran Hörmüzə nəzarət etmir” - ifadəsini işlədib.