Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş vilayətinin Andırın rayonunda 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, yeraltı təkanlar saat 05:22-də baş verib. Zəlzələnin ocağının dərinliyi 7,04 kilometr olaraq ölçülüb.
Sübhə yaxın baş verən zəlzələ qısa müddətli təşvişə səbəb olub. Hadisə nəticəsində insan tələfatı və hər hansısa əmlaka ziyan qeydə alınmayıb.