Türkiyəli tanınmış reper saxlanıldı - FOTO

14:47 - 06 May 2026

Türkiyəli tanınmış reper saxlanıldı - FOTO

Türkiyəli tanınmış reper Vahap Canbay saxlanılıb. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Ümraniyə rayonunda həvəskar futbolçu Kubilay Kaan Kundakçının həyatını itirdiyi silahlı hücum hadisəsi ilə əlaqədar həbs edilən Aleyna Tutuşun (Kalaycıoğlu) şikayəti əsasında müğənni Vahap Canbay barəsində cinayət işi başlanıb. Ona qarşı “sadə hədələmə” və “israrlı təqib” maddələri ilə 4 ilədək azadlıqdan məhrumetmə cəzası tələbi ilə ittiham aktı tərtib edilib.


İstanbul Anadolu Respublika Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında rep musiqi ifaçısı Vahap Canbayın keçmiş sevgilisi Aleyna Tutuşa qarşı hədələmə və israrlı təqib hərəkətləri törətdiyi iddiası ilə məhkəmə qarşısına çıxarılması istənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az