Pilotun halı pisləşdi - Təyyarə təcili eniş etdi

17:47 - 06 May 2026

Pilotun halı pisləşdi - Təyyarə təcili eniş etdi

Seul-Zürih reysi üzrə uçan "SWISS" təyyarəsi ikinci pilotun səhhətinin pisləşməsi səbəbindən Qazaxıstana təcili eniş edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seuldan İsveçrənin Zürih şəhərinə gedən "SWISS" şirkətinə məxsus "Airbus A350-941" tipli sərnişin təyyarəsinin ikinci pilotu uçuş zamanı vəziyyəti pisləşib.


Qazaxıstan mətbuatında yayılan xəbərlərdə bildirilir ki, təyyarə Qazaxıstan hava məkanındaykən hava nəqliyyatı idarəsinə təcili eniş siqnalı göndərib və yerli vaxtla saat 12:50 radələrində Almatı Beynəlxalq Hava Limanına enib.


Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasına görə, pilot dərhal Almatı xəstəxanasına çatdırılıb.


Təyyarədə 227 sərnişin və 14 ekipaj üzvü olub, uçuş zamanı heç bir texniki nasazlıq müşahidə edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az