ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında son 24 saat ərzində çox yaxşı danışıqlar aparıldığını bildirib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Son 24 saatda çox yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir.
“Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.