Cənubi Koreyada insanabənzər robot Budist keşiş kimi təqdim olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada bir Budist məbədində keçirilən mərasimdə “Gabi” adlı insanabənzər robot keşiş kimi tanıdılıb. Dua edən, ilahilər söyləyən və Budist andlarını qəbul edən bu robot din və texnologiyanın qarşılıqlı əlaqəsini simvolizə edən yeni dövrün əlaməti olub.
Mərasim zamanı əllərini üzünün önündə birləşdirən robot keşişə, “Budaya özünü həsr edəcəksənmi?” sualı verilib. Gabi isə “Bəli, özümü həsr edəcəyəm” cavabını verib.