Qlobal enerji böhranı dərinləşərkən Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları dünya ilə bağlı yeni gerçəkləri üzə çıxarıb. Belə ki, atmosferə nəzarətsiz şəkildə buraxılan metan, əslində, geri qazanıla bilən enerji mənbəyidir.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ekspertlər bildirirlər ki, neft, qaz və kömür sektorlarından qaynaqlanan bu “görünməz sızmalar” enerji təchizatını zəiflədir və qısa müddətdə karbon dioksidə nisbətən daha güclü istiləşmə effekti yaradır, beləliklə, iqlim böhranını sürətləndirir.
Beynəlxalq Enerji Agentliyi son analizində çox vaxt nəzərə alınmayan metan emissiyalarının yalnız iqlim dəyişikliyini sürətləndirmədiyini, həm də enerji təhlükəsizliyini birbaşa təhdid edən kritik bir faktor olduğunu vurğulayıb. Agentliyin məlumatına görə, enerji sektorunda nəzarətsiz metan sızmaları dünyanın ciddi enerji resursunu demək olar ki, havaya sovurur.