logo
logo logo
logo

Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət etdi

18:42 - 16 İyun 2026

Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət etdi

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib.

 

Manset.az xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, Koçaryandan başqa deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət olunub.

    Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az