logo
logo logo
logo

Kamboca Taylanda nota verdi

15:58 - 25 İyun 2026

Kamboca Taylanda nota verdi

Kamboca Taylandı iki ölkə arasındakı sərhəd xəttində yeni sərhəd nişanları quraşdırmaqda ittiham edərək Banqkok rəhbərliyinə rəsmi etiraz notası təqdim edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kambocanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bildirib ki, Tayland rəsmiləri ölkənin Banteay Meançey vilayətinin Çouk Çey kəndi ərazisində torpaq ölçmə işləri aparıblar.

Nazirliyin açıqlamasına görə, 18–22 iyun tarixlərində təxminən 25 nəfərdən ibarət Tayland heyəti doqquz avtomobillə bölgəyə gələrək sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində işlər aparıb və əraziyə yeni nişanlar quraşdırıb.

Açıqlamada qeyd olunub ki, sözügedən fəaliyyətlər Kambocanın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Bu səbəbdən Tayland tərəfinə rəsmi etiraz notası təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az