logo
logo logo
logo

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlandı - SİYAHI

10:17 - 08 İyul 2026

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlandı - SİYAHI

Economist Intelligence Unit (EIU) tərəfindən hazırlanan və maraqla gözlənilən 2026-cı il Qlobal Yaşayış Əlverişliliyi İndeksi açıqlanıb. Dünyanın 173 şəhərində həyat keyfiyyətinin qiymətləndirildiyi reytinqdə bu il də birinci pillədə dəyişiklik baş verməyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib.

Hər il dərc olunan hesabatda şəhərlər sabitlik, səhiyyə xidmətlərinin səviyyəsi, mədəniyyət və ətraf mühit, təhsil, eləcə də infrastruktur kimi əsas meyarlar üzrə qiymətləndirilir. Reytinq çərçivəsində dünyanın 173 şəhərində həyat keyfiyyəti təhlil olunub.

Siyahıda Kopenhageni müvafiq olaraq Vyana, Melburn, Sidney və Sürix izləyir.

Reytinq bir daha Avropa şəhərlərinin yüksək həyat keyfiyyəti baxımından üstün mövqeyini qoruduğunu göstərir. Eyni zamanda, Avstraliya şəhərləri də sabit və yüksək yaşayış standartları ilə ön sıralarda yer almaqda davam edir.

2026-cı il üzrə dünyanın yaşamaq üçün ən əlverişli 10 şəhəri:

  1. Kopenhagen (Danimarka)
  2. Vyana (Avstriya)
  3. Melburn (Avstraliya)
  4. Sidney (Avstraliya)
  5. Sürix (İsveçrə)
  6. Cenevrə (İsveçrə)
  7. Osaka (Yaponiya)
  8. Adelaida (Avstraliya)
  9. Vankuver (Kanada)
  10. Tokio (Yaponiya)

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az