logo
logo logo
logo

"Atəşkəs bizim üçün bitdi" - TRAMP

13:01 - 08 İyul 2026

\"Atəşkəs bizim üçün bitdi\" - TRAMP

NATO Zirvəsində iştirak etmək üçün Ankarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, NATO ilə bağlı narazılığını ifadə edərək, "NATO-dan məmnun deyiləm, bizə yaxşı münasibət göstərmədilər", - deyə bildirib.

ABŞ lideri İranla bağlı son hadisələrə də toxunub. Tramp Tehranın nüvə silahına malik olmamalı olduğunu vurğulayaraq deyib: "İran nüvə silahına sahib olmamalıdır. Dünən axşam İranı sərt şəkildə vurduq və İranla atəşkəs başa çatdı".

Tramp dünən axşam İrana qarşı həyata keçirilən hücumdan danışarkən bir daha "İranla atəşkəs başa çatıb" ifadəsini işlədib və Türkiyənin F-35 proqramı ilə bağlı müsbət mesaj verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az