logo
logo logo
logo

""TikTok"da ən çox mən izlənirəm" - Trampdan maraqlı açıqlama

13:31 - 08 İyul 2026

\"\"TikTok\"da ən çox mən izlənirəm\" - Trampdan maraqlı açıqlama

ABŞ Prezidenti Donald Tramp TikTok platformasındakı izlənmə göstəricilərindən danışaraq özünü sosial şəbəkədə ən populyar şəxs adlandırıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, "TikTok"la bağlı tənqidlərə baxmayaraq, platformada ən yüksək izlənmə göstəricilərindən birinə sahibdir.

"Bir çox insan "TikTok"u tənqid edir, onun təhlükəli olduğunu deyir. Pis kommunizmi və qorxulu məzmunları yaydığını söyləyirlər. Amma dünən rəqəmlərə baxdıq və "TikTok"da birinci yerdə mənim olduğumu gördük. Mən "TikTok"da bir nömrəyəm. Ən çox izlənən şəxsəm. Ümumilikdə, 4 milyard baxış əldə etmişəm", - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, insanların diqqətini yönəltdiyi məsələlərdə düzgün seçim etməsi vacibdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az