logo
logo logo
logo

Makron görüşlərdə niyə mavi eynək taxır? - Səbəbi olduqca maraqlıdır

13:48 - 08 İyul 2026

Makron görüşlərdə niyə mavi eynək taxır? - Səbəbi olduqca maraqlıdır

NATO-nun Zirvə toplantısında iştirak üçün hazırda Türkiyədə olan Fransa Prezidenti Emmanuel Makronun qapalı məkanlarda və hətta gecə saatlarında taxdığı mavi şüşəli eynək beynəlxalq ictimaiyyətin diqqətini çəkib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, fransız lider son dövrlərdə ictimai çıxışlarından daha çox seçdiyi eynəklərlə gündəmə gəlir. Makron rəsmi tədbirlərdə, görüşlərdə və mərasimlərdə göz oxşayan mavi pilot eynəklərindən istifadə etməyə davam edir.

Onun bu seçimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər Makronun qeyri-adi aksesuar seçiminin səbəbini maraqla qarşılayırlar.

Fransa Prezidenti sözügedən eynəkləri ölkəsində Tayland Kralı Maha Vaçiralonqkorn və Kraliça Sutida ilə görüşü zamanı da taxıb. O, həmçinin Fransada keçirilən Ölüm Cəzasına Qarşı 9-cu Dünya Konqresindəki çıxışı zamanı və son olaraq Dəməşqə səfəri çərçivəsində Suriya Prezidenti Əhməd Şara da daxil olmaqla suriyalı rəsmilərlə görüşlərində həmin eynəklərdən istifadə edib.

Emmanuel Makron daha əvvəl mavi eynək seçimi ilə bağlı "pələngin gözü" ifadəsindən istifadə edərək, "Göndərdiyim mesajı anlayanlar üçün bu, qətiyyətin göstəricisidir" - demişdi.

Qeyd olunur ki, Makronun taxdığı mavi eynəklər görmə problemini aradan qaldırmaq məqsədi daşımır və onun görməsinə mane olmur.

Fransa mətbuatının yaydığı məlumata görə, prezidentin gözündə subkonyunktival qanaxma yaranıb və o, bu səbəbdən eynək taxmağa üstünlük verib.

Həkimlər isə bu narahatlığın təhlükəli olmadığını və adətən iki həftə ərzində öz-özünə aradan qalxdığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az