logo
logo logo
logo

"Bu ölkələrin hava məkanından istifadə etməyin" - Avropa İttifaqından XƏBƏRDARLIQ 

16:07 - 08 İyul 2026

\"Bu ölkələrin hava məkanından istifadə etməyin\" - Avropa İttifaqından XƏBƏRDARLIQ 

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə İran, İraq və Livanın hava məkanından istifadə etməməyi tövsiyə edib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qərar ABŞ-nin İrana son hücumları və bölgədə təhlükəsizlik risklərinin artması nəzərə alınaraq Avropa Komissiyası və Aİ-yə üzv dövlətlərlə koordinasiya şəraitində qəbul edilib.

Bildirilib ki, Yaxın Şərq və Fars körfəzi regionunu əhatə edən əvvəlki münaqişə zonası üzrə məlumat bülleteninin müddəti uzadılmayıb. Bunun əvəzində bölgədə davam edən riskləri əks etdirən yeni məlumat sənədi hazırlanıb.

Agentlik İran, İraq və Livanın hava məkanında yüksək təhlükə riskinin davam etdiyini vurğulayaraq, həmin ölkələr üzrə ayrıca xəbərdarlıq bülletenlərinin qüvvədə saxlanıldığını açıqlayıb. Tövsiyənin 31 avqust tarixinədək qüvvədə olacağı bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az