logo
logo logo
logo

Həyat yoldaşına və qızına silahla hücum etdi - Türkiyədə DƏHŞƏT 

13:21 - 09 İyul 2026

Həyat yoldaşına və qızına silahla hücum etdi - Türkiyədə DƏHŞƏT 

Türkiyənin Kırklareli şəhərində 4 yaşlı qızı ilə uşaq parkına gedən gənc qadın keçmiş əri tərəfindən silahla hücuma məruz qalıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın xəstəxanada ölüb, yaralanan 4 yaşlı uşağın vəziyyəti isə hələ də ağırdır. Hücumdan sonra hadisə yerindən qaçan şübhəli daha sonra ölü tapılıb.

Hadisə dünən axşam Kırklarelinin Demirtaş məhəlləsindəki uşaq parkında baş verib . Məlumata görə, 26 yaşlı Çisem Çalkantı 4 yaşlı qızı Ö.N.K. ilə parkda olarkən, bu yaxınlarda boşandığı keçmiş əri Y.K. ilə qarşılaşıb.

İddialara görə, Y.K. hadisə yerindən qaçmazdan əvvəl keçmiş həyat yoldaşına və qızına tapança ilə atəş açıb. Silah səslərini eşidən vətəndaşların məlumatına görə, əraziyə tibbi və polis qrupları göndərilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az