logo
logo logo
logo

NATO-dan PAYLAŞIM - "Təşəkkürlər, Ankara"

17:51 - 09 İyul 2026

NATO-dan PAYLAŞIM - \"Təşəkkürlər, Ankara\"

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən NATO Liderlər Zirvəsinin başa çatmasından sonra Alyansın rəsmi X hesabında diqqətçəkən paylaşım edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımda "Təşəkkürlər, Ankara" qeydi ilə Prezident İqamətgahından iki fotoşəkil yayımlanıb.

NATO-nun paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara NATO-nun Liderlər Zirvəsinə ev sahibliyi edib. Zirvə çərçivəsində üzv dövlətlərin liderləri təhlükəsizlik, müdafiə, regional və qlobal gündəmdə yer alan məsələləri müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az