İspaniyanın cənubunda yerləşən Andalusiya muxtar bölgəsinin Almeriya vilayətinin Los Qalyardos qəsəbəsində baş verən meşə yanğını nəticəsində azı 11 nəfər həlak olub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında başlayan yanğın insan tələfatına səbəb olub.
Bildirilib ki, yanğının baş verdiyi ərazidə hər birinin içərisində bir nəfərin meyiti olan tamamilə yanmış üç avtomobil aşkarlanıb. Bundan əlavə, Bedar yaşayış məntəqəsinə gedən yolun yaxınlığında daha səkkiz nəfərin yanaraq həlak olmuş cəsədi tapılıb.
Hadisə nəticəsində həyatını itirən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Məlumata əsasən, kütləvi faciələrin araşdırılması üzrə ixtisaslaşmış məhkəmə-tibb ekspertləri hadisə yerində müayinələr aparırlar.