logo
logo logo
logo

"Facebook" və "İnstagram"ı külli miqdarda cərimə gözləyir?

17:25 - 10 İyul 2026

\"Facebook\" və \"İnstagram\"ı külli miqdarda cərimə gözləyir?

Avropa İttifaqı (Aİ) Komissiyası Meta şirkətinin Facebook və Instagram platformalarında istifadə etdiyi asılılıq yaradan dizayn elementlərinin rəqəmsal qaydaları pozduğuna dair ilkin nəticələr əldə edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyasının Meta ilə bağlı apardığı araşdırma çərçivəsində Facebook və Instagram-da tətbiq olunan bəzi xüsusiyyətlərin Rəqəmsal Xidmətlər Qanununun tələblərinə zidd ola biləcəyi müəyyən edilib.

Qurumun açıqlamasında bildirilib ki, platformalarda istifadə olunan sonsuz sürüşdürmə funksiyası, avtomatik video oynatma, ani bildirişlər və yüksək səviyyədə fərdiləşdirilmiş tövsiyə sistemlərinin istifadəçilərin fiziki və psixoloji sağlamlığına yarada biləcəyi risklərin kifayət qədər qiymətləndirilmədiyi aşkarlanıb.

Qeyd olunub ki, xüsusilə sonsuz sürüşdürmə, avtomatik oynatma və fərdiləşdirilmiş məzmun tövsiyələri istifadəçilərin platformalarda daha uzun müddət qalmasına səbəb olur. Bunun isə sağlam olmayan istifadə vərdişlərini və məcburi istifadə davranışlarını təşviq edə biləcəyi bildirilib.

Açıqlamada Meta-nın uşaqların gecə saatlarında Instagram və Facebook platformalarında keçirdiyi vaxtla bağlı mövcud məlumatları nəzərə almadığı da vurğulanıb.

“Meta-nın mövcud risklərin azaldılması tədbirləri göstərir ki, şirkətin asılılıq yaradan dizaynından irəli gələn risklərlə effektiv mübarizə aparılmır”, – deyə açıqlamada qeyd olunub.

Aİ qaydalarının pozulduğu təsdiqlənərsə, Meta şirkəti qlobal illik dövriyyəsinin 6 faizinə qədər məbləğdə cərimə ilə üzləşə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az