logo
logo logo
logo

Ukraynanın yeni baş naziri o ola bilər

16:45 - 12 İyul 2026

Ukraynanın yeni baş naziri o ola bilər

Ukraynanın Naftogaz şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski Ukraynanın yeni Baş naziri vəzifəsinə ən çox ehtimal olunan namizəddir.


Manset.az xəbər verir ki, bu barədə “Strana.ua” saytı siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski onunla birlikdə çəkdirdiyi şəkli teleqram kanalında paylaşıb və fəaliyyətinə görə ona təşəkkür edib.

Bildirilir ki, “Zelenski Koretskiyə baş nazir vəzifəsini təklif etdiyini açıq şəkildə bildirməyib, lakin hazırkı kontekstdə bu paylaşım onun yeni baş nazir olacağına dair açıq bir işarə kimi qeyd edilib”.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda hökumətdə dəyişikliklər etmək planlarını açıqlayıb və Baş nazir Yuliya Sviridenkonun vəzifəsindən gedəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az