logo
logo logo
logo

Muğla və Diyarbəkirdə meşə yanğınları başladı

18:31 - 12 İyul 2026

Muğla və Diyarbəkirdə meşə yanğınları başladı

Türkiyənin Muğla və Diyarbəkir vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı əməliyyat aparılır.


Manset.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Muğlanın Hamursuz Təpəsi ərazisində meşə və kənd təsərrüfatı sahəsində yanğın başlayıb. Hadisə yerinə Meşə Regional İdarəsinin və bələdiyyənin yanğınsöndürmə briqadaları cəlb olunub.

    Diyarbəkirin Çüngüş rayonunun Çınarköy kəndi yaxınlığında başlayan yanğını isə güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb. Yanğının söndürülməsi işlərinə 14 meşə təsərrüfatı əməkdaşı, xüsusi texnika, yanğınsöndürənlər, jandarma qüvvələri və yerli sakinlər cəlb edilib.

    Hər iki bölgədə alovun nəzarət altına alınması istiqamətində işlər davam edir. Yanğınların başvermə səbəbi araşdırılır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az