Dünyaca məşhur aktyor Bred Pitt 33 yaşlı sevgilisi İnes de Ramon ilə birlikdə FIFA 2026 Dünya Kubokunun final oyununu tribunadan izləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı aktyor və özündən 29 yaş kiçik sevgilisi turnirin həyəcanını stadionda yaşayarkən kameraların diqqət mərkəzində olublar.
Gərgin idman mübarizəsi ilə yanaşı, cütlüyün tribunadakı romantik anları da diqqətdən yayınmayıb.
Ətrafdakı insanların baxışlarına əhəmiyyət verməyən Bred Pitt və İnes de Ramon matçın ən həyəcanlı məqamlarında öpüşərkən kameralara tuş gəliblər.
Cütlüyün səmimi görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.