ABŞ-nin İran ərazisinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində İsfahan əyalətinin Nain rayonunda ilkin məlumata görə, 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına əsasən, bunu İsfahan valisinin müavini Əkbər Salehi açıqlayıb.
Bundan əvvəl isə Xuzistan əyalətinin Mahşəhr şəhərinə endirilən zərbələr nəticəsində bir təhlükəsizlik əməkdaşının öldüyü, daha 4 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gecə yarısından sonra yaydığı açıqlamada İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək məqsədilə yeni hərbi əməliyyatlara başladığını bildirmişdi.
Qeyd edək ki, tərəflərin açıqladığı məlumatlar münaqişə şəraitində verildiyindən, itkilərlə bağlı rəqəmlər müstəqil mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.