İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-nin son hərbi əməliyyatlarına münasibət bildirərək Hörmüz boğazının müharibə, düşmənlik və ABŞ-nin təcavüzü yolu ilə heç vaxt açılmayacağını bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Əkrəminiya bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı məsələsində geri addım atmayacaq.
"Hörmüz boğazının açılmasının yeganə yolu İran xalqının hüquqlarına hörmət göstərilməsidir", – deyə o vurğulayıb.
İranlı hərbi sözçü həmçinin öldürülən ali dini lider Əli Xameneiyə işarə edərək bildirib:
"Şəhidlərin, xüsusilə də, şəhid rəhbərin qanının qisasını almaq bizim borcumuzdur".