logo
logo logo
logo

"Hörmüz boğazı ABŞ-nin təzyiqləri ilə açılmayacaq" - İran

16:17 - 14 İyul 2026

\"Hörmüz boğazı ABŞ-nin təzyiqləri ilə açılmayacaq\" - İran

İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-nin son hərbi əməliyyatlarına münasibət bildirərək Hörmüz boğazının müharibə, düşmənlik və ABŞ-nin təcavüzü yolu ilə heç vaxt açılmayacağını bəyan edib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Əkrəminiya bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı məsələsində geri addım atmayacaq.

"Hörmüz boğazının açılmasının yeganə yolu İran xalqının hüquqlarına hörmət göstərilməsidir", – deyə o vurğulayıb.

İranlı hərbi sözçü həmçinin öldürülən ali dini lider Əli Xameneiyə işarə edərək bildirib:

"Şəhidlərin, xüsusilə də, şəhid rəhbərin qanının qisasını almaq bizim borcumuzdur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az