logo
logo logo
logo

Yeni Zelandiya silkələndi - Sunami xəbərdarlığı verildi

14:37 - 16 İyul 2026

Yeni Zelandiya silkələndi - Sunami xəbərdarlığı verildi

Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş verib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Te Anau bölgəsindən 42 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

76,4 kilometr dərinlikdə baş verən 5,9 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat qeydə alınmayıb.

Yerli hakimiyyət orqanları zəlzələnin maqnitudasının 6,3 olduğunu bildirib.

Yeni Zelandiya və Solomon adalarını əhatə edən Sakit Okeanda seysmik qırılma xətti olan "Od halqası" boyunca yerləşən ölkələr vulkan püskürmələri ilə yanaşı tez-tez zəlzələlər də yaşayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az