logo
logo logo
logo

Zelenski Hakan Fidanı ordenlə təltif etdi

23:17 - 16 İyul 2026

Zelenski Hakan Fidanı ordenlə təltif etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, görüş zamanı Zelenski H.Fidanı Ukraynanın II dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.

Bildirilib ki, orden Ukrayna qarşısında mühüm xidmətləri olan ölkə vətəndaşlarına, eləcə də xarici dövlətlərin nümayəndələrinə verilir.

Təltif dövlət idarəçiliyi və ictimai xidmət, diplomatiya, beynəlxalq münasibətlər, elm və təhsil, mədəniyyət və incəsənət, həmçinin iqtisadiyyat və sənaye sahələrinə verilən əhəmiyyətli töhfələrə görə təqdim olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az