Dünyaca məşhur R&B ifaçısı Tyla Londonda yeni albomunun təqdimat gecəsinə gedərkən mindiyi metro qatarında diqqətləri üzərinə çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qremmi mükafatlı müğənni vaqonun ortasındakı tutacaq dirəyinin yanında rəqs edib. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi izləyicilər isə ictimai nəqliyyatda təmizlik vəziyyətinə diqqət çəkərək ifaçını tənqid edib.