Böyük Britaniyada baş nazir vəzifəsindən istefa verən Kir Starmer Baş Nazirlik iqamətgahının qarşısında son çıxışını edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Starmer özündən sonra vəzifəyə gələn Endi Börnhema uğurlar arzulayıb və onu seçdikləri üçün Britaniya xalqına təşəkkür edib.
Keçmiş baş nazir və İşçi Partiyasının lideri Kir Starmer iqamətgahın qarşısında etdiyi çıxışda bildirib ki, partiyanı tarixi məğlubiyyətdən çıxarıb və 2024-cü ildəki qələbədən sonra əsas məqsədi ölkəyə baş nazir kimi xidmət etmək olub.
Starmer çıxışında qeyd edib ki, Britaniya artıq daha güclü vəziyyətdədir, uşaqların yoxsulluqdan xilas edilməsi istiqamətində addımlar atılıb, ölkənin beynəlxalq nüfuzu yaxşılaşıb. O, həmçinin vətəndaşların ölkənin problemlərinin həllinə göstərdiyi səyləri gördüyünü vurğulayıb və bütün uşaqların gələcəkdə uğur qazana biləcəyi bir Britaniya qurmağın vacibliyini qeyd edib. Starmer ailəsinə, komandasına və Britaniya xalqına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.