İraqın Bağdad-Diyala magistral yolunda canlı cücə daşıyan yük maşını aşıb. Qəza nəticəsində minlərlə cücə yola səpələnib.
Manset.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisədən sonra bəzi sürücülər dayanaraq cücələri qorumağa çalışsa da, digər avtomobillərin altında çox sayda cücə tələf olub. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır. Hadisə nəticəsində insanların xəsarət alıb-almadığı barədə isə məlumat verilməyib.
Həmin görüntüləri təqdim edirik: