Türkiyədə Etimesqut Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən bələdiyyə sədri, tanınmış aktyor Erdal Beşikçioğlundan daxil olan müraciətlər əsasında narkotik vasitədən istifadə edib-etmədiyinin müəyyənləşdirilməsi məqsədilə qan, sidik və saç nümunələri götürülüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan laborator müayinələrin nəticəsində Erdal Beşikçioğlunun marixuana testinin müsbət olduğu müəyyən edilib.
Digər tərəfdən, Beşikçioğlunun 2014-cü ildə Ankara Respublika Prokurorluğunda verdiyi ifadədə marixuanadan istifadə etdiyini etiraf etdiyi məlum olub.
Bildirilir ki, o, ifadəsində "Marixuana çəkdiyim üçün peşmanam, bir daha istifadə etməyəcəyəm", - deyə bildirib.