Konqo Demokratik Respublikasında mayın 15-də elan edilən Ebola virusu epidemiyası nəticəsində həyatını itirənlərin sayı 1801 nəfərə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Ebola virusuna yoluxması laboratoriya üsulu ilə təsdiqlənən şəxslərin sayı 3 min 973 nəfərə çatıb.
Bildirilib ki, epidemiya ölkənin Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopo əyalətləri daxil olmaqla 5 əyalətdə yerləşən 51 inzibati əraziyə yayılıb.
Məlumata əsasən, epidemiya zamanı ölüm göstəricisi 45,3 faiz, xəstələrlə təmasda olmuş şəxslərin izlənilməsi göstəricisi isə 75,3 faiz təşkil edir.