ABŞ Prezidenti Donald Tramp İranla münaqişə barədə danışarkən, müharibənin yaxın vaxtlarda başa çatacağını düşündüyünü bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Ağ Evdəki Oval kabinetdə keçirilən prezident sərəncamının imzalanma mərasimindən sonra jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.
O, İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib. Konkret açıqlamalar verməkdən çəkinən Tramp tərəflərin razılaşmaya yaxın olduqları mesajını verib.
ABŞ Prezidenti deyib: "Müharibə başa çatan kimi benzinin qiyməti aşağı düşəcək. Mən hesab edirəm ki, bu, çox yaxında baş verəcək. İranın buna daha çox tab gətirə biləcəyini düşünmürəm".