logo
logo logo
logo

"İsrail Trampın Qəzza ilə bağlı 15 maddəlik planını rədd edir"– Netanyahu

16:06 - 10 Avqust 2026

\"İsrail Trampın Qəzza ilə bağlı 15 maddəlik planını rədd edir\"– Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 15 maddəlik planını rədd edib.


Manset.az BBC-yə istinadən məlumatına görə, Netanyahu bildirib ki, HƏMAS həqiqətən tərksilah edilməyənədək İsrail ordusu Qəzzadan geri çəkilməyəcək. Onun sözlərinə görə, İsrail qüvvələri öz hərbçilərinə və vətəndaşlarına qarşı təhdidlərin qarşısını almağa davam edəcək.

Trampın Sülh Şurası ötən ay HƏMAS və Qəzzadakı digər silahlı qrupların tam tərksilahı ilə bağlı razılaşmanın əldə edildiyini açıqlamışdı. HƏMAS isə tərksilahın İsrailin Qəzzadan çəkilməsi və bölgədə “bütün təcavüz formalarına” son qoyulması şərtinə bağlı olduğunu bildirib.

HƏMAS rəsmisi planın həyata keçirilməsi ilə bağlı ciddi və məsuliyyətli şəkildə işləməyə hazır olduqlarını açıqlayıb və vasitəçiləri bütün tərəflərin razılaşmaya əməl etməsini təmin etməyə çağırıb.

Trampın planında HƏMAS-ın tərksilah edilməsi, İsrail qoşunlarının Qəzzadan çıxarılması, bölgənin yenidən qurulması və razılaşmanın icrasına nəzarət edəcək Sülh Şurasının yaradılması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az