Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış bir sıra problemlərə səbəb olub.
Manset.az Report-a istinadən xəbər verir ki, yağıntı nəticəsində Qəhrəmanlar Meydanında yollarda suyun axması nəqliyyatın hərəkətini çətinləşdirib.
Mtkvari çayının sağ sahilində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Tbilisi və ətraf ərazilərdə yağışın yaratdığı vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Sakinlər Tskneti də daxil olmaqla, bir sıra ərazilərdə küçələri su basdığını bildirirlər. Tbilisinin bəzi əraziləri işıqsız qalıb.
Paytaxtda təxminən bir saatdır güclü və fasiləsiz yağış yağır.