Tbilisidə yağan güclü yağış nəticəsində bir sıra küçələr, zirzəmilər və metro stansiyaları su altında qalıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, “Rustaveli” və “Vaja-Pşavela” metro stansiyalarını da su basıb. Ən çox yağıntı Tamarashvili prospektində qeydə alınıb.
Saburtalo rayonunun Çikovanni küçəsində qaz xətti zədələnib. Hadisə ilə əlaqədar yaxınlıqdakı binanın sakinləri təxliyə olunub. Hazırda qaz şəbəkəsinin bərpası işləri aparılır.
Çabua Amirecibi yolunda da təhlükəsizlik məqsədilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hazırda yolda avtomobillərin hərəkəti bərpa olunub.
Qeyd edək ki, Çabua Amirecibi yolu Vere çayının vadisində yerləşir. Bu ərazidə 2015-ci il iyunun 13-də baş verən güclü sel nəticəsində 21 nəfər həyatını itirmişdi.
Aidiyyəti xidmətlər, o cümlədən “Tbilservis Qrup” fövqəladə rejimdə fəaliyyət göstərir.