logo
logo logo
logo

Türkiyə və Gürcüstandan birgə əməliyyat - 22 nəfər saxlanıldı

14:42 - 02 Sentyabr 2026

Türkiyə və Gürcüstandan birgə əməliyyat - 22 nəfər saxlanıldı

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstan rəsmiləri ilə birgə keçirilən əməliyyat nəticəsində İnterpolun “Qırmızı bülleten”i ilə axtarışda olan 22 nəfərin saxlanıldığını açıqlayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Mustafa Çiftçi sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, saxlanılan şəxslərdən 11-i Türkiyəyə ekstradisiya edilib. Gürcüstanda həbsdə olan digər 11 şəxsin isə cəzalarını başa vurduqdan sonra Türkiyəyə ekstradisiya edilməsi üçün müvafiq tədbirlər görüləcək.

Nazir qeyd edib ki, Türkiyə xaricə qaçan cinayətkarların dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq tapılaraq ədalət qarşısına çıxarılması istiqamətində mübarizəni davam etdirəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az