logo
logo logo
logo

Konqoda Eboladan ölənlərin sayı 3 mini keçdi

20:46 - 02 Sentyabr 2026

Konqoda Eboladan ölənlərin sayı 3 mini keçdi

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı 3 min nəfəri keçib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, son hesabata əsasən, infeksiyanın fəsadları səbəbindən 3 007 nəfər dünyasını dəyişib, ölüm səviyyəsi isə 48.6% təşkil edir. Xəstələrdən 1 400-dən çoxu sağalıb, daha 830 nəfər isə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ebola epidemiyası rəsmi olaraq mayın 15-də ölkənin İturi əyalətində elan edilib. Daha sonra virus ölkənin digər bölgələrinə və qonşu Uqandaya da yayılıb.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada xəstəliyin artıq başa çatdığını bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az