Türkiyədə məsciddə pişiyi təpikləyən şəxs saxlanılıb
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə Ərzurumun Əziziyə rayonunda yerləşən Adalar məscidində baş verib.
Belə ki, camaatla namaz qılan zaman ayaqlarına yaxınlaşan pişiyi təpikləyən şəxsə qarşı sosial şəbəkələrdə kəskin etirazlar yaranıb.
Hadisədən sonra şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.